Yaponiyadan Rusiyaya ağır ZƏRBƏ

Yaponiya aprelin 7-dən Rusiyaya təyyarə, radio, dron, foto avadanlıq, optika və digər yüksək texnologiyalı avadanlıqların ixracını dayandırdığını elan edib.
Cebhe.info "RİA Novosti"-yə istinadən xəbər verir ki, Yaponiya bu qadağası ilə növbəti anti-Rusiya sanksiyalar paketini dəstəklədiyini nümayiş etdirib.
Eyni zamanda qərarın Moskvanın iqtisadi blokadasını sərtləşdirmək istəyi ilə diktə edildiyi vurğulanıb.
“Ukrayna ətrafında beynəlxalq vəziyyətlə əlaqədar olaraq, ölkəmiz bu problemin həllinə və sülhün bərqərar olmasına töhfə olaraq Rusiyanın sənaye bazasını gücləndirən mallara qadağa qoymaq qərarına gəlib”, - məlumatda deyilir.
Sevinc Tapdıqqızı
Cebhe.info