“Yeni dövr başlayır” - Sinan Oğandan ilk reaksiya

“Yeni dövr başlayır” - Sinan Oğandan ilk reaksiya

“Qaliblər türk millətçiləri, uduzanlar linç mədəniyyəti və terrora bağlı olanlara güvənənlər oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan tviter hesabında yazıb.

“Prezident seçkiləri başa çatıb. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər. Seçicilərimiz bizə güvəndilər və böyük ölçüdə yerimizi seçdilər. Burada plana sadiq qalan bütün vətəndaşlara minnətdarlığımı bildirmək istəyirəm. İndi yeni dövr başlayır”, - deyə Oğan bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun hazırda olan nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan qalibdir.

Cebhe.info