Yens Stoltenberq: “Rusiya ilə dialoq bərpa olunmalıdır”
“NATO 2022-ci ildə Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynanı silahlandırmaq üçün daha çox şey edə bilərdi”.
“Cebheinfo.az”-ın məlumatna görə, öz postunu tərk etməyə hazırlaşan NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “FAS” nəşrinə müsahibəsində belə deyib.
“İndi biz müharibə üçün hərbi vasitələri təmin edirik. Həmin vaxt müharibənin qarşısını almaq üçün hərbi vasitələri təmin edə bilərik”, - deyə NATO-nun Baş katibi bildirib.
Stoltenberq Kiyevin müharibə başlamazdan əvvəl tələb etdiyi silahları NATO-nun vermək istəməməsinə işarə edib.
O, həmçinin bəyan edib ki, Ukraynada müharibəyə son qoyulması yalnız danışıqlar masası arxasında mümkün olacaq.
“Bu müharibəyə son qoymaq üçün müəyyən mərhələdə Rusiya ilə yenidən dialoqa başlamalıyıq. Amma bu, Ukraynanın gücünə əsaslanmalıdır”, - deyə Stoltenberq qeyd edib.
Stoltenberq NATO-dan ayrıldıqdan sonra Münhen Təhlükəsizlik Konfransının sədri postunda alman diplomat Kristof Hoysgeni əvəzləyəcəyini də təsdiqləməkdən imtina edib.
O, jurnmalistə çox variantının olduğunu və Osloda yaşayacağını söyləyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”