Yunanıstanın XİN başçısı Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Yunanıstanın XİN başçısı Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Yunanıstanın müvəqqəti xarici işlər naziri Vasilis Kaskarelis iyunun 3-də Ankaraya səfəri planlaşdırılır.

APA xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kaskarelis Türkiyənin yenidən seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Yunanıstan hökumətini təmsil etmək üçün dəvət olunub.

Kaskarelis Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi və müxtəlif xarici hökumətlərin nümayəndələrinin də qatılacağı naharda iştirak edəcək.

Cebhe.info