Zelenski Buçadan YAZDI - Bunu bağışlamayacağıq!

Zelenski Buçadan YAZDI - Bunu bağışlamayacağıq!

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya tərəfindən işğal olunduğu dövrdə kütləvi qırğınların baş verdiyi Buça şəhəri barədə yazıb.

Cebhe.info xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.

"Buça. 33 gün işğal. 1400-dən çox ölüm, o cümlədən 37 uşaq. Kütləvi məzarlıqlarda və işgəncə kameralarında tapılan 175-dən çox insan. 9000-dən çox Rusiyanın hərbi cinayət faktı.

365 gündür ki, bir daha azad Ukrayna şəhəridir. İşğalçı ölkə ordusunun vəhşiliklərinin simvolu isə qalır. Biz heç vaxt bunu bağışlamayacağıq. Bütün günahkarları cəzalandıracağıq", - deyə o qeyd edib.

Cebhe.info