Zelenski etiraf etdi: “Ruslar qaçır, bunlar durur”

Zelenski etiraf etdi: “Ruslar qaçır, bunlar durur”

“Yerli sakinlərin istəksizliyi səbəbindən Kiyev üçün Donbası nəzarət altına almaq çətin olacaq”. 

Cebhe.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski tələbələrlə görüşündə deyib.

“Mənim fikrimcə, əgər söhbət insanlardan gedirsə, ərazilər yenə də insanlarla qaytarılacaq, insanlar bunu istəməsə, çox çətin olacaq... İndi də qarşımızda ən sərt dayananlar separatçılardır, ruslar qaçır, amma bunlar durur. Bu da nəə deyir”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Donbassda insanlar on ildir ki, başqa məkanda yaşayırlar.

Zelenskinin sözlərinə görə, Ukrayna bu insanlardan əvvəl əraziləri qaytaracaq.

“Eyni zamanda, Krımla daha asan olacaq, çünki orada hərbi əməliyyatlar olmayıb”, - deyə Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, Donetsk və Luqansk 2014-cü ildə “müstəqillik” elan edib. 2022-ci il sentyabrın sonunda isə Zaporojye və Xerson vilayətləri ilə birlikdə Rusiyanın “tərkibinə” daxil olduqlarını bəyan ediblər.

Xəzər
Cebhe.info