Duda: "Zelenskinin yerində olsaydım, daha diqqətli olardım"

Polşa Prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskiyə bəyanatlarında daha diqqətli olmağı tövsiyə edib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, "wPolsce24" telekanalına müsahibəsində danışıb.
Ukrayna Prezidenti son açıqlamalarının birində prezidentliyə namizəd Karol Navroçkini tənqid edib. Tənqid yanvarın 15-də baş verən Volın qırğını ilə bağlı söhbət kontekstində səsləndirilib.
“Düzünü desəm, mən Zelenskinin yerində olsaydım, burada daha diqqətli olardım”, – Duda deyib.
Onun fikrincə, Navrotskinin tənqidi yersizdir, çünki o, Volın qətliamını Zelenskidən daha çox bilir.
Mühafizəkar Hüquq və Ədalət partiyası tərəfindən dəstəklənən Navrotski tez-tez milli faciə ilə Ukrayna arasındakı əlaqədən danışır.
Onun fikrincə, qonşu dövlət Volın qətliamına görə məsuliyyət daşımayınca, o, Avropa İttifaqı və NATO-ya üzvlük iddiasında ola bilməz.
"Cebheinfo.az"