Zəngin turistlər Türkiyəyə hansı yolla gedir?

Zəngin turistlər Türkiyəyə hansı yolla gedir?

Kruiz turizminin 2023-cü ildə 60 milyon turist və 56 milyard dollar gəlir hədəfinə töhfə verəcəyi gözlənilir.

Bu il Türkiyə limanlarına 116 kruiz gəmisi ilə 122 min 537 sərnişin gəlib. Hədəf ili 1,5 milyon sərnişinlə bağlamaqdır.

Cebhe.info xəbər vreir ki, Türkiyə 2022-ci ildə 51 milyon 369 min turisti qəbul edərkən, 46,2 milyard dollar gəlir əldə edib. 2023-cü il üçün 60 milyon turist və 56 milyard dollar gəlir hədəfi ilə yola çıxan Türkiyə, kruiz turizmi ilə buna töhfə vermək istəyir.

Dünyada qısa bir proqram çərçivəsində Avropa, Afrika və Asiya kimi üç qitəni gəzmək mümkün olmasa da, Türkiyə kruiz turizmində parlayan ulduzdur. Aralıq dənizi iqlim üstünlüyü, tarixi və mədəni dəyərləri ilə fərq yaradan Türkiyə bu il də ziyarətçiləri gözləyir. Bu ilin yanvar-aprel ayları arasında bu turizm növü baxımından mühüm mövqedə olan Türkiyənin limanlarına 116 gəmi gəlib.

Bu gəmilərdə 122 min 537 sərnişini qəbul edən Türkiyənin hədəfi bu ili 1,5 milyon ziyarətçi ilə bağlamaqdır. Zəngin turistlərin sıx şəkildə seçdiyi bu turizmin iqtisadiyyatından Türkiyə də daha çox faydalanmağa başlayıb. Kruiz turistləri orta turistdən daha çox pul xərcləyirlər.

İMEAK Gəmiçilik Palatasının sədri Tamer Kıran 2022-ci ildə 993 kruiz gəmisi ilə Türkiyə limanlarına 1 milyondan çox sərnişinin gəldiyini və keçən il gələn gəmilərin sayında 2019-cu ilə nisbətən 197% artım olduğunu bildirib.

Tamer Kıran “Ötən ili keçəcəyimizə inanıram. 2023-cü il hədəflərinə uyğun olaraq, növbəti kruiz gəmisi ilə sərnişin sayının təxminən 1,5 milyona çatacağını gözləyirik”.

2023-cü ildəki ziyarətçi sayına görə Kuşadası əvvəlki ildə olduğu kimi 62.243 sərnişinlə birinci yerdədir. İkinci yerdə 33 min 464 turistlə İstanbul, üçüncü yerdə isə 10 min 948 ziyarətçi ilə Antalya qərarlaşıb. 2022-ci il rəqəmlərinə toxunan Kıran deyi ki, 2022-ci ildə ölkəmizə gələn kruiz gəmiləri və limanlarına gələn sərnişinlərin sayına baxdığımızda- Kuşadası Qlobal Liman Kruiz Limanı 465 kruiz gəmisi və 496 min 211 sərnişinlə birinci, İstanbul Qalataport 180 gəmi və 252 min 26 sərnişinlə ikinci, Bodrum Kruiz Limanı isə 98 gəmi, 95 min 462 sərnişinlə üçüncü yerdədir.

Bu il Türkiyə limanlarına gələcək kruiz gəmilərinin sayı ilə bağlı Kıran bildirib ki, "İstanbul, Kuşadası və Bodrumla yanaşı Çeşmə, Çanaqqala, İzmir, Antalya, Marmaris və Fəthiyədə də artım olacağını düşünürəm".

Nigar
Cebhe.info