Zurabişvili Trampın andiçmə mərasiminə gedib

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Vaşinqtona işgüzar səfər edib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə eks-prezidentin mətbuat xidmətindən açıqlama verilib. Səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərin də nəzərdə tutulduğu bildirilir.
Xatırladaq ki, Salome Zurabişvilini Trampın inauqurasiyasına onu legitim dövlət başçısı hesab edən respublikaçı konqresmen Co Vilson dəvət edib. Konqresmenlərin dəvəti ilə müxalif “Lelo” Partiyasının liderləri Mamuka Xazaradze, Badri Caparidze, Qriqol Gegeliya və iş adamı, Gürcüstanın San Dieqodakı keçmiş fəxri konsulu Melor Tsipuria andiçmə mərasimində iştirak edəcəklər. İnauqurasiyaya hakim “Gürcü Arzusu” Partiyasının nümayəndələri dəvət olunmayıb.
Müşfiq Abdulla
Cebheinfo.az”