Akademiya kitabxanasında  yeni kitab 

Akademiya kitabxanasında  yeni kitab 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA-nın Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun “Siyasi-iqtisadi reallıqlar” adlı kitabı daxil olub.

MEK-dən Cebhe.info-ya verilən məlumata görə kitabda müstəqil Azərbaycan dövlətinin təcrübəsi işığında ölkəmizdə baş verən siyasi-iqtisadi və ictimai prosesləri əks etdirən müasir baxışlar və analitik təhlillər əsasında yazılmış məqalələr təqdim olunur. Kitabın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, nəşriyyat redaktoru Maral Poladova, texniki redaktoru Rəşid Kərimli, korrektoru isə Zərin Vəliyevadır.

188 səhifədən ibarət olan kitab “Elm və təhsil” nəşriyyatında çap edilib. Nəşr müasir cəmiyyətin aktual məsələləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Cebhe.info