Ən çox kitab oxuyan ölkələr: Siyahıda Azərbaycan var?

Ən çox kitab oxuyan ölkələr: Siyahıda Azərbaycan var?

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) 1995-ci ildə qəbul etdiyi qərarla 23 aprel “ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan edilib. Kitab Günü münasibətilə ən çox kitab oxuyan ölkələrin adı açıqlanıb.

Cebhe.info xəbər verir ki, dünyada ən çox kitab oxunan ilk 10 ölkə sırasında Asiyadan 6, Avropadan isə 4 ölkə yer alıb. Böyük Britaniyada yerləşən Dünya Mədəniyyəti Xalları İndeksindən tərtib edilən məlumatlara görə, dünyada ən çox kitab oxunan ölkə Hindistan, müvafiq olaraq Tayland və Çindir. Statistika vətəndaşların həftədə kitab oxumağa sərf etdiyi orta vaxta əsaslanır. Çap kitabları ilə yanaşı, qəzetlər, jurnallar və onlayn yazılı məzmun kimi oxuna bilən hər cür material da reytinqə daxildir. Hindistanda hər bir insan həftədə orta hesabla 10 saat 42 dəqiqə kitab oxuyur. Taylandda adambaşına həftədə kitab oxuma vaxtı 9 saat 24 dəqiqə olduğu halda, üçüncü yerdə olan Çində insanlar buna həftədə 8 saat ayırır.

Siyahıda ən çox kitab oxunan digər ölkələr Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə) olub. , Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə). Türkiyə həftədə ortalama 5 saat 54 dəqiqə oxuma vaxtı ilə siyahıda 18-ci yerdədir.

ümumdünya Kitab Günü 28 ildir ki, 100-dən çox ölkədə mütaliə vərdişinin aşılanması və uşaqlara kitabla tanış olmaq məqsədi ilə qeyd olunur. Bundan əlavə, YUNESKO hər il yeni "Dünya Kitab Paytaxtı" təyin edir. Bu çərçivədə Afrika ölkəsi Qananın paytaxtı 2023-cü ilin Dünya Kitab Paytaxtı seçildi.

Günay Şahmar
Cebhe.info