Mirzə Ələkbər Sabirin “Hophopnamə”si Türkiyədə nəşr olunacaq

Mirzə Ələkbər Sabirin “Hophopnamə”si Türkiyədə nəşr olunacaq

İnqilabi demokratik satiranın yaradıcısı, görkəmli Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin “Hophopnamə” adlı seçmə satirik şeirlər toplusu Türkiyədə nəşr olunacaq.

Bu barədə “Türkiyə İş Bankı” Nəşrlər Evi özünün “Twitter“ hesabında məlumat yayıb.

Nəşriyyat sözügedən nəşrin kütləvi olacağını, həmçinin bu yaxınlarla yayımlanacağını qeyd edib.

Şeirləri Azərbaycan dilindən Türkiyə türkcəsinə çevirən isə İsa Öztürkdür.

Qeyd edək ki, 1862-ci ilin mayında Şamaxıda anadan olan Mirzə Ələkbər Sabir özündən sonra ədəbi məktəb qoyan ədəbi portretlərdən biridir. Sabirin əsasını qoyduğu Sabiranə şeir tipi özündən sonra da yaşadılmış, Əli Nəzmi, Mirzəli Möcüz, Cəfər Cabbarlı kimi şairlər bu tip şeirlər yazmışlar.

Sabirin ölümündən sonra onun külliyatı dövlət varidatı elan edilib.

Cebhe.info