Seyran Səxavət: “Anar nə futbolçudur, nə də "ştanqist””

Seyran Səxavət: “Anar nə futbolçudur, nə də "ştanqist””

"Qurultaylar heç nəyi dəyişmir, istedad dəyişir. Qurultay təşkilatı məsələlərə baxır".

Bunu Cebhe.info-ya Azərbaycan Yazıçılar Birliyinin qurultayına münasibət bildirən yazıçı Seyran Səxavət deyib.
Digər gənc namizədləri tanımadığını qeyd edən yazıçı Anarı dəstəklədiyini bildirib:

"Gəncləşmə ən çox idmana aiddir. Futbolçu 30 yaşdan sonra oynaya bilmir, ağırlıq qaldıran da, həmçinin. Anar nə futbolçudur, nə də "ştanqist". Beyin gənc olsun, təcrübə gənc olsun. Təcrübə yaşla deyil, təcrübə elə təcrübədir".

Seyran Səxavət AYB-nin XIII qurultayının keçirilməsi üçün ayrılan 203 min manatın az olduğunu vurğulayıb:

"Bu pul çox azdır. 203 min yox, 300 milyon da azdır. Çünki söz hər şeydən yuxarıdır. Yazıçılar Birliyinə pul kimi baxmaq pulgirlərin işidir".

Günay Şahmar
Cebhe.info