TÜRKSOY: Türk dünyasını ədəbiyyat birləşdirir

TÜRKSOY: Türk dünyasını ədəbiyyat birləşdirir

Mən düşünürəm ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının önəmi ildən-ilə artır.

Bunu Modern.az-a açıqlamasında TüRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarov deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən festival Türk dünyasının yazarları arasında əlaqələrin qurulması üçün yeni imkanlar açacaq.

“Festival artıq ikinci ildir ki, keçirilir. Mən düşünürəm ki, festivalın önəmi getdikcə artır. ümumiyyətlə, Türk dünyasını birləşdirən önəmli amillərdən biri də ədəbiyyatdır. TüRKSOY da bu sahədə fəaliyyət göstərir. Biz artıq neçə illərdir ki, Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlıq edirik. Son fəaliyyətimiz nəticəsində Türk dünyasının Yazıçılar Birliyini qurduq və Anar müəllimi oranın fəxri sədri seçdik. Biz bu qurumu yaratmaqla Türk dünyasının ədəbiyyat insanlarını birləşdirmək məqsədi güdürük.

Festival türk ölkələrinin gələcəkdə daha sıx fəaliyyət göstərməsi üçün önəmlidir. Hazırkı tədbirə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan yazarları dəvət eləmişik. İnanıram ki, onlar da öz sözlərini deyəcək, festivalda iştirak edərək, yeni əlaqələr quracaqlar”, - deyə TüRKSOY rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TüRKSOY, TüRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

Cebhe.info