570 mindən çox insan evinə qayıdır

570 mindən çox insan evinə qayıdır

Livanda 570 mindən çox məcburi köçkün atəşkəs elan edildikdən sonra öz evlərinə qayıtmağa başlayıb.

“Cebhenfo.az” xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Sənəddə göstərilir ki, noyabrın 28-nə olan məlumata görə, atəşkəsdən sonra 578,6 min nəfərdən çox məcburi köçkün öz evlərinə qayıtmağa başlayıb. Bu, 8 oktyabr 2023-cü il və 25 noyabr 2024-cü il tarixləri arasında Livanda qeydə alınmış 899,7 min məcburi köçkünün təxminən 65%-ni təşkil edir.

Hesabatda, həmçinin qeyd olunur ki, məcburi köçkünlərin ümumi sayının 51 faizi qadınlar, 49 faizi kişilərdir.

Xəzər

“Cebheinfo.az”