Anar Eyvazov: "Obyektin hədəfə alınması dayandırılıb, çünki..."
"Azərbaycanın Qarabağ bölgəsinde lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası ve atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda, hərbi teyinatlı obyektlərə mülki şəxsləri cəlb edir".
Cebhe.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib:
"Məlum olduğu kimi, arsenalımızda ən müasir tələblərə cavab veren yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikden sonra obyektin hədəfə alınması dayandırılıb", - O qeyd edib.