Avtomobillər bir gündə kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Avtomobillər bir gündə kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ili 10 ildən köhnə, yəni 2013-cü ilə qədər istehsal olunan avtomobillərin ölkəyə gətirilməsi qadağan edilib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minəcək.

Cebhe.info xəbər verir ki, bu qərar ili köhnə olan avtomobillərin qiymətinin artmasına səbəb olacaq.

“Artıq bazarda qiymət artımı özünü göstərir. Köhnə avtomobillərdə 2-3 min manat civarında bahalaşma müşahidə olunur. Çünki köhnə avtomobillərə tələbat çoxdur. Artıq onlayn avtomobil satışı saytlarında da köhnə elanlar kütləvi şəkildə yenilənir. Yenilənmə isə sırf qiymət artımı ilə bağlıdır. Dünənə qədər 15 min manata satışa çıxarılan avtomobil artıq 17 min manatdan baha satılır. Gözləntimiz isə odur ki, qiymətlər daha da artacaq”,-deyə Cebhe.info-nun avtomobil alqı-satqısı ilə məşğul olan həmsöhbəti deyib.

Qeyd edək ki, bəzi ekspertlər bu qərarın avtomobil sıxlığını aradan qaldırmağa hesablandığını bildirir.

Vilayət Muxtar
Cebhe.info