Azərbaycanda beynəlxalq nəqliyyat daşıyıcılarının sayı 7 mini keçib
Əgər 2003-cü ildə Azərbaycanda 200-300 beynəlxalq nəqliyyat daşıyıcısı var idisə, hazırda bu rəqəm 7 mini keçib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA ) İctimai Birliyinin sədri Həbib Həsənov Bakıda keçirilən I Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.
O, həmçinin deyib ki, Azərbaycanın gömrük-sərhəd məntəqələrində proseslərin sadələşdirilməsi məqsədilə müasir texnologiyaların tətbiqi ilə bağlı təkliflər verilir.
"Bu təkliflər ABADA-nın Dövlət Gömrük Komitəsi ilə görüşlərində təqdim olunur. Görüşlərdə sərhəddən keçid prosesindəki çətinliklər müzakirə edilir. Elektron əmtəə qaiməsinin, elektron TIR kitabçasının və Orta Dəhlizin cəlbediciliyini artırmaq üçün daşıma sənədlərinin tətbiqi nəzərdən keçirilir", - deyə sədr qeyd edib.
Cebhe.info