Azərbaycanda bu il 23 aqropark dövlət qeydiyyatına alınıb
Bu il ərzində Azərbaycanda 21 özəl və 2 dövlət aqroparkı olmaqla ümumilikdə 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik verilib.
Bu barədə Cebhe.info-ya İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
"Aqroparkların fəaliyyətində dəyər zəncirinin formalaşdırılması, effektivliliyin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub. Həmin əsasnaməyə uyğun olaraq aqroparkların rəsmi qeydiyyata alınması prosesinə başlanılıb", - deyə agentlik bəyan edib.
Cebhe.info