Qida məhsulları bazarında aparılan araşdırmaların nəticəsi AÇIQLANDI - FOTO

Qida məhsulları bazarında aparılan araşdırmaların nəticəsi AÇIQLANDI - FOTO

“Ötən il antiinflyasiya tədbirləri çərçivəsində qida məhsulları bazarında aparılan araşdırmalar nəticəsində düyü bazarı üzrə 12, duz bazarı üzrə 2, çay bazarı üzrə 5, qarabaşaq bazarı üzrə 10 bazar subyektinə qarşı iş qaldırılıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Duz bazarı üzrə qeyri-qanuni fəaliyyət nəticəsində təsərrüfat subyektlərinin əldə etdiyi 1,3 milyon manat mənfəətin, qarabaşaq bazarı üzrə 715 min manat mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib. Düyü bazarı üzrə qanun pozuntusu aşkar edilmədiyi üçün işə xitam verilib, çay bazarı üzrə isə işə baxılması davam edir”, - deyə M.Abbasbəyli əlavə edib.

Cebhe.info