Azərbaycanlı və erməni gənclər küçədə “Ləzginka” oynadı: Polis saxladı
Rusiyanın Ryazan vilayətində “Malina” ticarət mərkəzinin yaxınlığında bir qrup qafqazlı küçəni kəsərək rəqs edib.
“Cebheinfo.az”-nun “Tek.fm” saytına istinadən məlumatına görə, bir həftə əvvəl qafqazlı gənclər “Malina” ticarət mərkəzinin yaxınlığında “Ləzginka” rəqsi edərək, avtomobillərin hərəkətinə mane olub, ətrafdakılara qarşı pis davranıblar.
“Bir neçə gün sonra onlar rəqsi davam etdirməyi planlaşdırsalar da, təhlükəsizlik qüvvələri onlara ictimai yerlərdə davranış qaydalarını xatırladıblar. 70 nəfər saxlanılıb. 9 nəfər inzibati məsuliyyətə cəlb edilib”,-deyə sayt yazır.
“AmurLim” “Youtube” kanalı saxlanılan gənclərin günahlarını etiraf edərək, etdiklərinə görə bağışlanmalarını xahiş etdikləri videonu təqdim edib. Onların bəzilərinin azərbaycanlı, bəzilərinin isə erməni olduğu iddia edilir.
İddialara görə, əvvəllər bu cür rəqslərlə meydan oxuyan miqrantlar polis əməkdaşlarını hədələyərək döyüblər. Ona görə də ikinci dəfə planlaşdırlanda gücləndirilmiş polis dəstəsi gəlib.
Saxlanılan şəxslərdən biri özünü Sahib Sultanoviç Davudov kimi təqdim edərək deyib:
“Malina” ticarət mərkəzinin və digər mağazaların yaxınlığındakı meydanlarda yatan insanların dincəlməsinə, xalq rəqslərimi oynamağa imkan vermədiyimə görə Ryazan və Ryazan vilayətinin sakinlərindən səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, bu, bir daha baş verməyəcək”.
Özünü Yegiazaryan Qarnik Vaqanoviç kimi təqdim edən başqa bir gənc deyib:
“Mən “Malina” yaxınlığında baş vermişhadisəyə və Ryazan vilayətinin sakinlərinə yaranan narahatlığa görə üzr istəyirəm”.
O, dostları ilə birlikdə “Ləzginka” rəqsi etdiyini deyib və bir daha belə etməyəcəyinə söz verib.
Xəzər
“Cebheinfo.az”