Biləsuvarda yem bitkilərinin sahəsi artırılıb

Biləsuvarda yem bitkilərinin sahəsi artırılıb

Cari il Biləsuvar rayonunda yem bitkilərinin sahəsi xeyli artırılıb.

"Report"un məlumatına görə, əkin sahələri 3 min hektardan çox artırılaraq 11 min hektarı keçib. Belə ki, ötən il bu rəqəm 8 minə yaxın olub.

Fermerlərin sözlərinə görə, yem bitkilərinin əsasını yonca təşkil edir. Əkin sahələri artırılsa da, məhsuldarlıq iki dəfəyə yaxın azalıb. Bunun səbəbi bu il havaların qeyri-sabit keçməsidir.

Fermerlər qeyd edib ki, artıq yonca bitkisinin ikinci biçini başlayıb.

Ot bağlamalarının qiyməti 4-4,5 manat arasında dəyişir.

"Cebhe.info"