CHP sədrinin qızı məzun oldu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin qızı İpək Özəl məzun olub.
“Cebhe.info” xəbər verir ki, o, Bahçeşehir Universitetinin Hüquq fakultəsini bitirib.
Özgür Özəl də qızının məzuniyyət tədbirində yanında olub. CHP liderini İstanbul rayon təşkilatının sədri Özgür Çelik və Malatya deputatı Veli Ağbaba müşayiət edib. Onlar, xatirə şəkli də çəkdiriblər.
Özgür Özəl qızının məzun olması ilə bağlı sevincini sosial şəbəkə hesabında bu sözlərlə ifadə edib:
“Əziz qızım İpək bu gün Bahçeşehir Universitetinin Hüquq fakultəsindən məzun olaraq bizi bir daha qürurlandırdı. İpəyə, dostlarına və bütün gənclərimizə sağlam və xoşbəxt gələcək arzulayıram”.
Elmir Mustafa
“Cebhe.info”