Dünya yenə şokda: Naməlum ölümcül xəstəlik yayıldı

Dünya yenə şokda: Naməlum ölümcül xəstəlik yayıldı

Koronavirusdan sonra dünya daha bir naməlum və ölümcül xəstəliklə üz-üzədir.

Cebhe.info xəbər verir ki, Tanzaniyanın şimal-qərbində naməlum yoluxucu xəstəlikdən beş nəfər ölüb. Yerli media ölkənin Səhiyyə Nazirliyinə istinadən bu barədə yazıb.

Yeni naməlum xəstəliyə yoluxanların hamısında nisbətən eyni simptomlar özünü göstərib. Bunlar qızdırma, qusma, qanaxma və qaraciyər çatışmazlığıdır.

Ölümlərin qeydə alındığı Bukoba şəhərinə dərhal tibbi araşdırma qrupu göndərilib. Ölənlərin cəsədlərindən nümunələr götürülüb, həkimlər xəstəliyin növünü müəyyənləşdirməyə çalışırlar.

Xəzər
Cebhe.info