Fazil Mustafa evə buraxılır? - "Qazilər bilir ki, avtomat gülləsi nədir..." - Qardaşı

“Durumu yaxşıdır, dövlətin, həkimlərin nəzarəti altındadır. Yenidən əməliyyat olunacağını bilmirik. Bu barədə həkim nəsə deyə bilər, bərpa prosesində nəyə ehtiyac olacaqsa, onu edəcəklər. İnsan faktorudur, yaradır, yaranın hər bir problemi çıxa bilər”.
Bu sözləri Cebhe.info-ya açıqlamasında evinin qarşısında sui-qəsdə məruz qalan Milli Məclisin depuatatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O, həkimlərin qərarından sonra qardaşının evə buraxılacağını bildirib:
“Evə həkimlər nə vaxt məsləhət bilərlərsə, onda buraxacaqlar. Onların əvəzinə heç nə deyə bilmərik, hər şey həkim nəzarəti altındadır. Qazilərimiz gözəl bilir ki, avtomat yarası nə deməkdir. Şükür ayağa qalxa bilir, amma yarası yenə də ağırdır, müayinə olunur. Bu gün görüntülü danışmışam, hər şey yaxşıdır, özünü yaxşı hiss edir".
Xatırladaq ki, martın 28-i axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.
Günay Şahmar
Cebhe.info