Güneyli ananın hayqırışı: “Ayağınızın altında ölüm...” - VİDEO

Güneyli ananın hayqırışı: “Ayağınızın altında ölüm...” - VİDEO

Güney Azərbaycanın Xoy şəhərində zəlzələ minlərlə insanı çətin duruma salıb. Soydaşlarımız mərkəzi hökumətdən onlara lazımi dəstək göstərilmədiyini bildirərək şaxtalı, qarlı havada ancaq öz gücləri ilə yaşamağa çalışdıqlarını bildirirlər.

Cebhe.info xəbər verir ki, sosial şəbəkədə xoylu ananın görüntüləri paylaşılıb. Qadın hər kəsdən yardım gözlədiklərini, ancaq onlara heç bir köməyin göstərilmədiyini bildirir.

Zəlzələdə xəsarət alanların sayı 1000 nəfərdən artıqdır. Çox sayda insanın ev-eşiyinin dağılıb, onlar çadırlarda gecələmək məcburiyyətində qalıblar.

Xəzər
Cebhe.info