Naxçıvanda bir sıra küçə və prospektlərdə təmir-bərpa işləri aparılır

Naxçıvanda bir sıra küçə və prospektlərdə təmir-bərpa işləri aparılır

Naxçıvan şəhərinin bir sıra küçə və prospektlərdə təmir-bərpa işləri aparılır.

Report xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra küçələrdə işıqlandırma dirəkləri, qaz xətləri və yol kənarlarındakı səkilərdə təmir-bərpa işləri davam etdirilir.

Şəhərin Heydər Əliyev prospektində və Nizami küçəsində yol kənarlarının işqlandırılması daha da yaxşılaşdırılır. Bu məqsədlə sözügedən ərazidə təmir-bərpa işləri aparılır.

Həmçinin Naxçıvan Dövlət Universiteti üçün tikilən rektorluq binasının yerləşdiyi ərazidəki 10 kilovatlıq elektrik hava xəttində təmir-bərpa işləri görülür.

Şəhərin Atatürk və Əziz Əliyev küçələrində isə yol kənarlarındakı sökülmüş bardürlər yenidən səliqəyə salınıb.

Qaraxanbəyli kəndində isə qaz tənzimləyici və sabitləşdirici qurğulara baxış keçirilib, xətlər yoxlanılaraq sızmalar aradan qaldırılıb, boyama işləri aparılıb.

Cebhe.info