Nazirlikdən Türkiyədəki təlimlə bağlı açıqlama

Nazirlikdən Türkiyədəki təlimlə bağlı açıqlama

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

Bu barədə "Cebhe.info"ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nümayəndələr İzmir şəhərində yerləşən "Doğanbey" təlim sahəsinə gələrək Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olublar.

Qonaqlara sərgidə nümayiş etdirilən aviasiya vasitələri, pilotsuz uçuş aparatları, silah və döyüş texnikası ilə bağlı ətraflı məlumat verilib.

"Cebhe.info"