Qənirə Paşayevanın son vəziyyəti AÇIQLANDI

Qənirə Paşayevanın son vəziyyəti AÇIQLANDI

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

Cebhe.info xəbər verir ki, baş həkim APA-ya açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır:

“Reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputa-tı, Mədəniyyət komitəsinin sədridir.

Cebhe.info