Qırmızı Aypara: "Helikopterdə sərnişinlərin sağ olmasına dair əlamət yoxdur" - FOTO

Qırmızı Aypara: "Helikopterdə sərnişinlərin sağ olmasına dair əlamət yoxdur" - FOTO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

“Cebhe.info" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.

“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib.

"İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həyatını itirib". Bunu isə İranın Mehr Agentliyi məlumat yayıb. 

Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

Xəzər

"Cebhe.info"