Xankəndiyə qar yağır – VİDEO

Bu gün axşam saatlarından etibarən Xankəndi şəhərinə qar yağmağa başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bunu əks etdirən görüntülər Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı tərəfindən sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, qarlı hava bölgələrdə, əsasən, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada da müşahidə olunur.
“Cebheinfo.az