2 uşaq anası niyə intihar edib? - “Boşanmışdı və uşaqları…” - Bələdiyyə sədri

2 uşaq anası niyə intihar edib? - “Boşanmışdı və uşaqları…” - Bələdiyyə sədri

Cəlilabadda iki uşaq anası intihar edib.

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü S.Niftiyeva öz ata evində tövlədə özünü asıb.

Məlumata görə, qadın bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edərək, atası evinə gəlibmiş. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Təzəkəndin bələdiyyə sədri Rafiq Hacıyev Cebhe.info-ya açıqlamasında bildirib ki, səbəblər hələlik dəqiq bilinmir:

"5-6 ay öncə ərindən boşanmışdı və atası evində qalırdı. Ailədə nəsə problemləri var idi. Özü sahədə işləyirdi. Maddi sıxıntısı da olmayıb ki, ondan intihar edib. Uşaqlarının 4-5 yaşı var və məhkəmənin qərarı ilə atası ilə qalırlar. Yəqin buna görə intihar edib. Dəqiq səbəblərini isə bilmirik. Araşdırma aparılır".

Naibə
Cebhe.info