35 dindar quyuya yıxıldı: Hamısı öldü

35 dindar quyuya yıxıldı: Hamısı öldü

Hindistanın İndor şəhərində (Madhya Pradeş) məbəddə bir qrup dindar  quyuya düşüb. 

Cebhe.info-nun “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, 35 nəfər ölüb. Bir nəfər itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisə cümə axşamı günorta radələrində  möminlər Vişnu tanrısının avatarlarından biri hesab edilən əfsanəvi kral Ramanın zühur gününü qeyd etmək üçün İndordakı hindu məbədinə toplaşarkən baş verib. Eni bir neçə metr olan quyunun qapağı yıxılan çoxlu sayda insanın ağırlığına tab gətirə bilməyib.

Bu quyular 19-cu əsrə və müasir santexnika sisteminin yaranmasına qədər Hindistan və Pakistanda geniş yayılmışdı. Hazırda onların əksəriyyəti təyinatı üzrə istifadə olunmur, turistik məkanlar və memarlıq abidələri kimi qeydə alınıb.

Xəzər
Cebhe.info