Abşeronda sürət qatarının vurduğu uşağın son durumu açıqlandı
"Aşağı Güzdək stansiyasında qatar vurması səbəbindən xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzə təxliyə olunub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 sentyabr saat 19:00-da Binəqədi rayonu, Aşağı Güzdək dəmiryol stansiyasından 5 yaşlı (qadın cinsli) uşağı qatar vurması ilə bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alan azyaşlı aqonal vəziyyətdə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Ona zəruri tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
00:12
Abşeron sürət qatarı azyaşlını vurub.
Bakupost.az hadisə nəticəsində rayonun Güzdək qəsəbə sakini, 2019-cu il təvəllüdlü Nuray Bəşirova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlərin uşağın vəziyyətini kritik qiymətləndirirlər.
Qeyd edək ki, oxşar hadisə bu ilin iyul ayında da baş verib. Azərbaycan Dəmir Yolları QSC-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb və həyatını itirib.
"Cebheinfo.az"