Afiəddin Məmmədov həbs olundu
İctimai fəal Afiəddin Məmmədov cinayət məsuliyyətinə cəlb olunub.
A.Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunur.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq, təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib. Məhkəmə tərəflərin çıxışını dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən A.Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.
Cebhe.info