Ağcabədidə ölümlə nəticələn qəza

Ağcabədidə ölümlə nəticələn qəza

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub .

"Cebhe.info" Modern.az-a istinadən xəbər verir ki, Hindarx qəsəbəsində 1991-ci il təvəllüdlü Mirzayev Emil Sahib oğluna məxsus “VAZ-21011” markalı avtomobillə 1940-cı il təvəllüdlü Quliyev Türbəndə Talış oğluna məxsus “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə, Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebhe.info"