Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"