Ağsuda Bakı sakini sükan arxasında ürəktutmadan ölüb

Ağsuda Bakı sakini sükan arxasında ürəktutmadan ölüb

Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.

Hadisə Ağsu -Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Abbasov Vüqar Soltan oğlu həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda fakt araşdırılır./Report

"Cebhe.info"