Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb

Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb

Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"