Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb

Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb

Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb.

Bu barədə Cebhe.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 4-də paytaxtın Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri - Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Cebhe.info