Bakıda avtomobil 69 yaşlı qadını vurub

Bakıda avtomobil 69 yaşlı qadını vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Əliyeva Əntiqə Məhəmməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

​​​​​​"Cebheinfo.az"