Bakıda doğum evinin yaxınlığında tullantılar yanır - YENİLƏNİB

Bakıda doğum evinin yaxınlığında tullantılar yanır - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Neftçi Qurban küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə "Cebhe.info"ya qurumdan məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80 kvadratmetr sahədə taxta və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

15:19

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında taxta tullantıları yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib.

https://t.me/reportnewsaz/113543

"Cebhe.info"