Bakıda gənc qızı avtomobil vuraraq ağır vəziyyətə salıb

Bakıda gənc qızı avtomobil vuraraq ağır vəziyyətə salıb

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Cebhe.info APA-ya istinadən xəbər verir ki, qəza 8 Noyabr prospektində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü Seyidova Gülənbər Əbülfət qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info