Bakıda şadlıq evində ölüm

Bakıda şadlıq evində ölüm

Bakıda şadlıq evlərinin birində ölüm hadisəsi baş verib.

"Cebheinfo.az" BakuPlus.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, S.S.Axundov küçəsi 7/19-da yerləşən şadlıq evlərinin birində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Suğra Əliyeva infarktdan ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

"Cebheinfo.az"