Balakəndə minik avtomobilləri toqquşub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Balakəndə minik avtomobilləri toqquşub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Balakəndə minik avtomobilləri toqquşub, iki nəfər ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Şambul kənd inzibati ərazisində baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info