Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldı
Bakıda bank kartından oğurluq edən şəxs saxlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin bank kartından 10 manatını oğurlamaqda şübhəli bilinən Ələsgər Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"