Bəxtiyar Hacıyev anasının sözünə baxmadı

Bəxtiyar Hacıyev anasının sözünə baxmadı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev bu gün anası ilə görüşüb.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, anası Bəxtiyardan aclığı dayandırmağını istəyib. Ancaq ictimai fəal bu istəklə razılaşmayıb və təqsirsiz olduğuna görə, aclığı davam etdirəcəyini vurğulayıb.

R.Səfərov Bəxtiyar Hacıyevin 23 gündür ki, aclıq etdiyini xatırladıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da saxlanılıb. Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri əsasında cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu il yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. (Modern.az)

Cebhe.info