Biləsuvarda qaçırılan qız intihara cəhd etdi

Biləsuvarda qaçırılan qız intihara cəhd etdi

Biləsuvarda məcburi qaçırılan qız intihara cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, 20 yaşlı qız damarlarını kəsərək özünü öldürmək istəyib.

O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib.

Əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Cebhe.info