Biləsuvarda qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən şəxs tutulub

Biləsuvarda qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən şəxs tutulub

İyunun 8-də saat 16 radələrində 1969-cu il təvəllüdlü Azad Almasovun xəsarətlərlə xəstəxanaya daxil olması barədə Biləsuvar rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İlkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin Biləsuvar rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qaynatası Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Elşən Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.

Cebhe.info