Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

Şəkidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakinləri, Abdullayev Taryel-1994, arvadı Abdullayeva Billur-1993 və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

***

TƏBİB-dən bildirilib ki, ötən gün saat 15:40 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 4 nəfər (3-ü kişi, 1-i qadın olmaqla) hospitalizasiya olunub.

“Zərərçəkənlərdən biri 2019-cu il, digəri isə 2024-cü il təvəllüdlüdür. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda hər birinin vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda vurğulanıb.

"Cebheinfo.az"